Martın 16-da Caspian Energy Club-un idarə heyətinin sədrliyinə, idarə heyətinin üzvlüyünə, komitə və işçi qrupların sədrliyinə və üzvlüyünə növbəti seçkilər başlayıb. Seçkilərin ilk günü 20-dən artıq dövlət qurumunun və 130 şirkətin rəhbər və nümayəndələrinin iştirakı ilə Grand CEO Lunch təşkil olunub. Bu barədə Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Caspian Energy Club hər il üçüncü ayın üçüncü həftəsinin üçüncü günü yeni rəhbərliyin seçimini həyata keçirir. Hər seçki bu il 20 illik yubileyini qeyd edən Caspian Energy Club-un tarixində yeni bir səhifədir.
Pandemiya dövründə daha fəal və faydalı olmağa çalışmışıq və 2020-ci il martın 30-dan bu günədək onlayn və oflayn formatda 270-dən artıq tədbir təşkil etmişik. Bu gün biz dövlət məmurlarına və özəl şirkət nümayəndələrinə təşəkkürnamələr təqdim etməklə bir daha böyük ailə olduğumuzu və hamımızın birlikdə Azərbaycanda investisiya və biznes mühitinin daha da inkişafı üçün çalışdığımızı vurğuladıq. Pandemiya dövründə regionda biznes netvorkinq üçün aparıcı beynəlxalq meydana çevrildik”, - deyə Telman Əliyev qeyd edib.
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Qeyri - hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun icraçı direktor vəzifələrini icra edən Yusif Abdullayev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə musayeva, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini Rüstəm Şahbazov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müavini Orxan Əliyev iştirak ediblər.
Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes - hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət