Xarici işlər naziri Ceyhun Bayramov martın 17-də BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə görüşüb.
“Görüş zamanı C.Bayramov qarşı tərəfi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan böyük həcmli bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb. Nazir bu istiqamətdə aparılan fəaliyyətdə UNEP-in iştirakını yüksək qiymətləndirib”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Azərbaycanın ətraf mühit məsələlərinə böyük önəm verdiyini deyən XİN başçısı azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini vurğulayıb və burada bütün layihələrin ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilməklə icra olunduğunu diqqətə çatdırıb.
“B.Pozzi Azərbaycanın BMT ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələrin təqdirəlayiq olduğunu qeyd edib və işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində qiymətləndirmə missiyasına Ermənistan tərəfindən törədilmiş ekoloji zərərin əyani şəkildə göstərildiyini ifadə edib”, - deyə məlumatda qeyd olunur.
O, ekspert qrupunun Azərbaycana səfərinin məqsədinin işğaldan azad edilmiş ərazilərin ekoloji bərpası prosesinə dəstək göstərilməsi üçün qiymətləndirmə missiyasının həyata keçirilməsi, Azərbaycan Hökumətinin azad olunmuş ərazilərdə ekosistemlərin bərpası ilə bağlı planlarının öyrənilməsi, UNEP-in dəstək istiqamətlərinin müəyyən edilməsi və ekoloji bərpa ehtiyacları ilə bağlı birbaşa mənbələrdən məlumatların toplanması olduğunu bildirib.
“Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub”, - deyə məlumatda vurğulanır.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət