Novruz Bayramı münasibətilə NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun səhmdarının qərarı ilə “YAŞAT” Fonduna 500000 manat məbləğində vəsait köçürülüb. Ödəniş holdinqin tərkibində olan Bakcell və Norm şirkətləri tərəfindən həyata keçirilib.
NEQSOL Holding, Azərbaycan xalqının zəngin adət-ənənələrinə və milli dəyərlərinə uyğun olaraq Novruz Bayramı ərəfəsində bu vəsaitin ayrılmasına mühüm önəm verir. Bu vəsait hərbi əməliyyatlardan zərər çəkmiş şəxslərin, eləcə də şəhid ailələrinin sosial müdafiəsinin daha da möhkəmləndirməsinə əlavə dəstək verəcək.
“YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis olunub. Fondun vəsaiti Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə yaralananların müalicəsi, onlara və şəhid ailələrinə psixoloji dəstək, məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xərclərin maliyyələşdirilməsi və digər sosial ehtiyaclar üçün nəzərdə tutulur.
NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Qarşıdan gələn Novruz Bayramı münasibətilə NEQSOL Holding bütün Azərbaycan xalqını təbrik edir, firavanlıq və davamlı inkişaf arzulayır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət