2021-ci ildə "Qala Sığorta" şirkətinin xalis mənfəəti 9 milyon 373 min 17,27 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yekunları üzrə “Qala Sığorta” şirkətinin xalis mənfəəti 2 milyon 140 min 539,02 manat təşkil edib. Beləliklə, 2021-ci ildə şirkət mənfəətini 4,4 dəfə artırıb.
Şirkətin auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, 2021-ci ildə onun gəlirləri 43 milyon 361 min 252,58 manat, o cümlədən sığorta haqları 43 milyon 848,893 min manat (2020-ci illə müqayisədə artım 32,9% - İF), investisiya gəlirləri 1 milyon 695,762 min manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib. Bundan əlavə, sığorta ehtiyatlarının mənfi qiyməti 7 milyon manatı ötüb, bu da şirkətin ümumi gəlirlərinin azalmasına gətirəcək.
2021-ci ildə şirkətin xərcləri 31 milyon 673 min 283,63 manat, o cümlədən sığorta ödənişləri 5 milyon 667,461 min manat (2020-ci illə müqayisədə artım 68,6% - İF), təkrar sığortaya verilən sığorta haqları 12 milyon 226,904 min manat, işlərin aparılması xərcləri 11 milyon 82,708 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
Hesabat ilində "Qala Sığorta" şirkətinin vergi ödənilənədək mənfəəti 11 milyon 687 min 968,95 manat, mənfəət vergisi üzrə ödənişləri 2 milyon 314 min 951,68 manat təşkil edib.
2021-ci ildə şirkətin aktivləri 11,3% – 52 milyon 887,345 min manatadək artıb, öhdəlikləri 7,3% - 33 milyon 45,783 min manatadək azalıb, kapitalı 67% - 19 milyon 841,563 min manata qədər artıb.
Ötən il şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 1,7 dəfə - 8,19 milyon manata qədər artıb.
Xəbər verildiyi kimi, 2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin 100%-lik səhminin $6,5 milyona alınmasına dair sövdələşməni başa çatdırıb. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. Şirkətin nizamnamə kapitalı 8 milyon 50 manatdır.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət