2021-ci ildə fəaliyyətinin yekunları üzrə “PAŞA Sığorta” ASC-nin xalis mənfəəti 24 milyon 634,343 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yekunları üzrə “PAŞA Sığorta”nın xalis mənfəəti 20 milyon 634,926 min manat təşkil edib. Beləliklə, 2021-ci ildə şirkətin xalis mənfəəti 19,4% artıb.
Şirkətin auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, 2021-ci il ərzində onun gəlirləri 190 milyon 447,758 min manat, o cümlədən sığorta haqları 166 milyon 866,108 min manat (2020-ci illə müqayisədə artım 7,9%), təkrar sığorta üçün alınmış sığorta haqları 12 milyon 210,889 min manat (artım 44,1%) təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2021-ci ildə şirkətin xərcləri 160 milyon 246,553 min manat, o cümlədən sığorta ödənişləri 75 milyon 26,437 min manat (artım 5%), sığorta işinin aparılması xərcləri 35 milyon 97,475 min manat, təkrar sığortaya verilən risklər 44 milyon 844,925 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2021-ci ildə “PAŞA Sığorta”nın vergi ödənilənədək mənfəəti 30 milyon 201,205 min manat, mənfəət vergisi üzrə ödənişləri 5 milyon 566,862 min manat təşkil edib.
Hesabat ilində şirkətin aktivləri 6,8% - 238 milyon 828,061 min manata, öhdəlikləri 11,2% - 163 milyon 299,762 min manata qədər artıb, kapitalı 1,5% – 75 milyon 528,299 min manata qədər azalıb.
2021-ci ildə şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 49% - 45 milyon 910 min manata qədər artıb.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” şirkəti 2006-cı ilin iyul ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Nizamnamə kapitalı 50 milyon manatdır. Şirkət sığorta haqlarının və ödənişlərin həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin üçlüyünə daxildir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət