İtaliyanın xarici işlər naziri Luici Di Maio bəyan edib ki, ölkəsi Ukraynanın neytral statusunun qarantı sırasına daxil olmağa hazırdır.
“Bizim üçün əsas prioritet danışıqlar prosesinin davam etdirilməsidir. Türkiyə tərəfindən atılan addımlar yüksək qiymətləndirilir. Danışıqların nəticələri təhlil olunacaq. İtaliya Ukraynanın neytral statusunun qarantı qismində çıxış etməyə hazırdır”, - italiyalı nazir bu gün Bakıda jurnalistlərə bildirib.
Həmçinin, Di Maio qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar nəticəsində enerji sektorunun genişlənməsinin sürətləndirilməsi məsələsi gündəlikdədir. “Bu mənada, İtaliya tərəfindən böyük potensiala malik olan etibarlı tərəfdaşlarla, həmçinin, Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət ayrılır”, - XİN başçısı qeyd edib.
Bundan başqa, o bildirib ki, “İtaliya tərtib olunan enerji təhlükəsizliyi çərçivəsində Rusiya bazarından uzaqaşmaya yönəlib”. “Bu məqsədlə Roma Aralıq dənizi regionu istiqamətində fəaliyyəti gücləndirmək niyyətindədir”, - İtaliya XİN başçısı əlavə edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət