Yelo Bank xidmət şəbəkəsini artırmaqla əhatə dairəsini genişləndirməyə davam edir. Bank müştərilərə göstərilən xidmətlərin daha əlçatan olması üçün Ağcabədi şəhərində ilk rəqəmsal filialını istifadəyə verdi. Ənənəvi filiallardan fərqli olaraq burada bütün əməliyyatlar xəzinə olmadan, aparatlar vasitəsilə aparılır.
Filial müasir və funksional olmaqla yanaşı, digər filiallar kimi bankın “Parlaq Bankçılıq” şüarına uyğundur. Burada müştərilərin rahatlığı üçün terminal və kompüterlər vasitəsilə bank xidmətlərindən istifadə etmək imkanı yaradılıb.
Filialda nağd pul, biznes kreditləri, Yelodebet kart və digər məhsulların sifarişi ilə bərabər, 24/7 rejimində hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər də etmək mümkündür.
Filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, yeni, rəqəmsal filialda üstün xidmət səviyyəsi təqdim olunacaq: ”Rəqəmsal filialımız Ağcabədi sakinləri üçün maliyyə xidmətlərinin əlçatanlığına və bankçılıq təcrübələrinin yenilənməsinə yönəlib. Burada ənənəvi bank modelindən uzaqlaşaraq müştərilərimizə daha sürətli və rahat xidmət göstəriləcək. Əsas məqsədimiz strategiyamıza uyğun olaraq regionlarda fəaliyyətimizi daha da genişləndirmək, müştərilərin daha çox vaxt sərf etdiyi xidmətləri və bank əməliyyatlarını rəqəmsallaşdırmaqdır. Gələcəkdə rəqəmsal filiallarımızın çoxaldılması nəzərdə tutulub.”
Rəqəmsal filial Ağcabədi şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 200A ünvanında, LUKOYL YDM ərazisində fəaliyyət göstərir. Qeyd edək ki, Yelo Bank daha öncə LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsindəilk özünəxidmət mərkəzini istifadəyə verib. Hazırda Yelo Bank-ın 15 filialı və 1 özünəxidmət mərkəzi fəaliyyət göstərir.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagramvə yaWhatsapphesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət