Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa İttifaqı (Aİ) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Azərbaycana birbaşa xarici sərmayələr cəlb etmək üçün birgə fəaliyyət göstərəcək.
“Azərbaycanın qeyri-neft sektoruna investorları cəlb etmək, həmin sektorun Avropa istehsalat və satış zəncirlərinə inteqrasiyasını artırmaq ölkənin iqtisadi potensialını daha dolğun üzə çıxartmağın mühüm vasitəsidir. AZPROMO tərəfindən hazırlanmış beşillik milli ixrac strategiyası 2026-cı ilədək ölkənin qeyri-neft ixracını ikiqat artırmağa ($5 milyarda qədər) yönəlib”, - deyə AYİB-in saytında dərc olunmuş məlumatda bildirilir.
AYİB və AZPROMO Avropa İttifaqının maliyyə dəstəyi ilə kənd təsərrüfatı və balıqçılıq kimi sahələrdə 5 prioritet layihə üçün təkliflər zərfi və sərmayə yönəltmə strategiyası hazırlayır. Sonrakı mərhələdə isə xüsusilə Avropa bazarlarında sərmayəçilər tapmaq üçün addımlar atılacaq.
“Bu təşəbbüs çərçivəsində sahəvi bazarların və sərmayədarların təhlili, 5 layihə üçün sərmayə cəlb etmək məqsədilə Avropanın əsas bazarlarında “road show” təşkil etmək nəzərdə tutulur”, - deyə məlumatda vurğulanır.
“Bu, Aİ ilə AYİB-in sərmayə mühitinə dair tədbirlər planı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində sərmayələrin təşviqi üçün agentliklərin potensialını artırmaq istiqamətində daha əhatəli səylər çərçivəsində AYİB ilə AZPROMO arasında ilk texniki əməkdaşlıqdır. Həmin plan Aİ-nin Azərbaycana sərmayə cəlb etməklə bağlı iqtisadi və investisiya planı ilə möhkəmləndirilmiş bərpa, dayanıqlılıq, islahatlar üzrə Şərq Tərəfdaşlığı gündəliyini dəstəkləyəcək.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət