AccessBank “Yaşıl Marafon” ağacəkmə aksiyasına qoşuldu. Ümumrespublika Yaşıllaşdırma Marafonu çərçivəsində baş tutan aksiyada Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə maliyyə sektorunu təmsil edən Assosiasiyalar Müşfiqabad qəsəbəsində 8 hektar ərazidə 6000-ə yaxın Eldar şamı və zeytun ağacı əkdilər. Ümumilikdə 51.4 hektar ərazidə əkiləcək ağaclar üçün damcılı suvarma sisteminin qurulması nəzərdə tutulur. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Assosiasiyalar arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair 22 fevral 2022-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirildi.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə AccessBank-ın Xırdalan filialında müştərilərə tinglər hədiyyə edildi. Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər vətəndaşlara tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarını izah etdi.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət