Rumıniya Rusiya barəsində sanksiyalar şəraitində qaz nəqli mənbələrinin şaxələndirilməsi imkanını nəzərdən keçirir, Azərbaycan mümkün idxalçılar sırasındadır. Bu barədə Rusiya mətbuatı məlumat verir.
“İnterfaks-Azərbaycan” mətbuata istinadən məlumat verir ki, Buxarest Rusiya qazının əvəzlənməsi üçün mənbələr axtarır. Hazırda Rumıniya qaza tələbatın 20%-ni “Qazprom”dan nəql hesabına təmin edir.
Rumıniyanın baş naziri Nikolae Çuke bəyan edib ki, hazırda Rumıniya 2022-2023-cü illərin qış mövsümü üçün anbarlarını qaz ilə doldurmaqda çətinlik çəkir.
Həmçinin, o bildirib ki, hökumət problemin həlli yollarını axtarır, xüsusilə, Azərbaycandan maye qaz nəqli bu məsələnin həlli üsullarından biri ola bilər.
Xəbər verildiyi kimi, 2022-ci ilin mart ayında Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskubəyan edib ki, Buxarest Azərbaycandan qaz idxalında maraqlıdır.
Həmçinin, 2022-ci ilin mart ayında SOCAR və Rumıniyanın “Transgaz” şirkətləri qaz sahəsində əməkdaşlığa Qarşılıqlı Anlaşma Memorandumunun müddətini daha 6 il – 2029-cu ilədək uzadılmasına dair sənəd imzalayıb.
19 iyul 2016-cı il tarixində SOCAR (Azərbycan Dövlət Neft Şirkəti, ARDNŞ) və Rumıniyanın "Transqaz" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda şirkətlər arasında qazın nəqli, eləcə də Rumıniyanın potensialından istifadə olunmaqla qazın tranziti məsələlərində əməkdaşlıq nəzərdə tutulur.
Bundan başqa, sənəd uzunmüddətli sazişlər və ya spot-sövdələşmələr əsasında, o cümlədən AGRİ layihəsi çərçivəsində maye qazın qəbulu üzrə potensial terminallar da daxil olmaqla, Rumıniya bazarına təbii və maye qaz tədarükü və treydinqi sahəsində əməkdaşlıq imkanlarının birgə öyrənilməsi kimi məsələləri nəzərdə tutur. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət