Azərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəldilər. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilir.
“Çərşənbə axşamı Ankarada “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyevin və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsinin (DHMI) baş direktoru Hüseyn Keskinin rəhbərliyi ilə “Azərbaycan Hava Yolları” QSC və DHMI-nin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə hava məkanından istifadə və regionda aeronaviqasiyanın inkişafı üzrə strategiya layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub”, - məlumatda deyilir.
AZAL-ın məlumatına görə, bu strategiya ölkələrə aeronaviqasiya xidməti və hava məkanından səmərəli istifadə sahəsində beynəlxalq tələbləri birgə həyata keçirməyə imkan yaradacaq.
“Bu əməkdaşlıq iki qardaş dövlətin uçuşların təhlükəsizliyinin təmin edilməsi, aeronaviqasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və hava daşımalarının müntəzəmliyinin təmin edilməsi sahəsində bir-birinə qarşılıqlı köməyin bariz nümunəsidir. Türkiyə Azərbaycanın həmçinin mülki aviasiya sahəsində strateji tərəfdaşıdır. Azərbaycan və Türkiyənin hava məkanı Avropa və Asiyanı birləşdirən genişmiqyaslı aviadaşımalar zəncirində mühüm rol oynayır. Bu hava dəhlizi həmçinin “Bir kəmər bir yol” qlobal nəqliyyat layihəsinin davamıdır”, - AZAL-dan qeyd edilir.
Xəbər verildiyi kimi, 2018-ci ildə AZANS, DHMI-nin aeronaviqasiya xidməti və ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) birgə uzlaşdırılmış fəaliyyəti nəticəsində bu gün Naxçıvan Muxtar Respublikasıvə Türkiyə arasında fəaliyyət göstərən yeni hava dəhlizinin açılışı olmuşdur. Həmin marşrutla həmsərhəd dövlətlərin hava məkanından istifadə etmədən, iki ölkə arasında birbaşa hava əlaqəsi yaradılıb. **
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət