Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Rəşad Əhmədov ABŞ-nin 4 universitetinin doktorantura pilləsində tam təqaüdlə təhsil almaq imkanı qazanıb.
O, müraciət etdiyi Tuleyn Universiteti (Tulane University), Stevens Texnologiya İnstitutu (Stevens Institute of Technology), Roçester Universiteti (University of Rochester) və Konnektikut Universitetinin (University of Connecticut) hər birindən müsbət cavab alıb. Bu universitetlər Rəşad Əhmədovun tam təqaüdlə Kimya mühəndisliyi ixtisasının doktorantura pilləsində təhsil almaq müraciətini qəbul ediblər.
BANM-in tələbəsi imkanları qiymətləndirərək ABŞ universitetləri arasında reytinqinə görə 34-cü pillədə yerləşən Roçester Universitetini seçib. Onun bu Universitetdən qazandığı təqaüdün məbləği 90 min ABŞ dolları təşkil edir.
Qeyd edək ki, Rəşad Əhmədov 2017-ci ildə Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına 677 balla daxil olub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət