Bakı Ali Neft Məktəbi (BANM) ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib.
Mərasimdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qonaqları Ali Məktəbdə görməkdən məmunluğunu ifadə edərək bu sənədin əhəmiyyətli olduğunu vurğulayıb. Rektor bildirib ki, bu qurumla təməli qoyulan əməkdaşlıq qarşılıqlı fayda verəcək: “Bakı Ali Neft Məktəbi möhtərəm Prezidentimiz İlham Əliyevin “Neft kapitalının insan kapitalına çevrilməsi” siyasətinin bariz nümunəsidir. Burada yüksək bilik və bacarıqlara malik kadrlar yetişir. Ali Məktəbimizdə yetişdirilən yüksəkixtisaslı kadrlar təkcə sənayedə deyil, müxtəlif sektorlarda peşəkarlıqla xidmət göstərirlər. İmzalanan bu sənəd BANM-də yetişən peşəkar kadrların Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin çoxprofilli sahələrində təcrübə keçmələrinə və fəaliyyət göstərmələrinə imkan yaradacaq. Bu Memorandum həm də BANM-də aparılan müxtəlif elmi-tədqiqatların biznesə çevrilməsinin təşkilinə yardım baxımından da əhəmiyyətlidir. Həmçinin Biznesin idarəedilməsi proqramında Xidmətin peşəkar mütəxəssisləri tərəfindən dərslərin keçirilməsi də əməkdaşlığa böyük töhfə verən istiqamətlərdəndir”.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli BANM-in kampusu ilə tanış olduğunu bildirərək burada yaradılan şəraiti yüksək qiymətləndirib. O, uzunmüddətli hədəflərə doğru irəliləməkdə birgə fəaliyyətin vacibliyini qeyd edib: “İnsan kapitalının inkişafı ən vacib amildirvə bu Ali Məktəb də məhz buna xidmət etməklə cəmiyyətimizə və ölkəmizə töhfə verir. Ali Məktəblə tanış olarkən yaradılan şərait, maddi-texniki baza bizi çox qürurlandırdı. Burada yaradılan akademik mühit orta və uzun müddətdə ölkəmizin inkişafına dəstək verəcək. BANM-də hazırlanan peşəkar kadrlar həm bizim, həm də digər qurumlarda çalışmaqla inkişafda böyük rol oynaya bilərlər. Gənc, peşəkar kadrlar ölkəmizin gələcəyidirlər. Bu cür yüksək səviyyəli kadrların formalaşmasında göstərilən xidmətlərə görə Bakı Ali Neft Məktəbinin rəhbərliyi və professor-müəllim heyətinə minnətdarıq. Bakı Ali Neft Məktəbi dövlət satınalmaları nöqteyi-nəzərindən də nümunəvi qurumdur”.
Daha sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Əməkdaşlıq Memorandumunu imzalayıblar.
Qeyd edək ki, Memorandumda Ali Məktəbin tələbələri üçün istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının təşkili, təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsində qarşılıqlı əməkdaşlıq, təhsil və texnologiya sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi nəzərdə tutulub. Sənəddə, həmçinin birgə layihə və tədqiqatların aparılması, konfrans, təlim və seminarların təşkil edilməsi, eyni zamanda tədris müəssisəsini xüsusi fərqlənmə iləbitirmiş məzunların işlə təmin edilməsi ilə əlaqədar tərəflər arasında əlaqələrin qurulması üzrə əməkdaşlıq da əks olunub.
Dövlət Xidmətinin əməkdaşları üçün Ali Məktəbin ixtisasartırma proqramları əsasında ixtisasartırma kurslarının təşkili, Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq təlim-tədris proseslərində mühazirəçi, praktiki məşğələ aparan və s. qismində cəlb olunması, tələbələri Dövlət Xidmətinin fəaliyyəti və Xidmətdə mövcud olan vəzifələr haqqında məlumatlandırmaq məqsədilə Ali Məktəbdə “Karyera günləri”nın keçirilməsi də memorandumda nəzərdə tutulan əməkdaşlıq istiqamətlərindəndir.
Sonda Məmməd Abbasbəyliyə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət