Aprel ayı AutizmMaarifləndirməayıkimi qeyd edilir.Bu münasibətlə Yelo Bank-ın və “GID CSR Consulting”in birgə təşəbbüsü ilə növbəti sosial tədbir həyata keçirilib. "Balaca əllərlə rəngli yuvalar" adlı tədbir 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində baş tutub. Layihənin əsas məqsədi Mərkəzdə müalicə alan uşaqlara erkən yaşlarından təbiətdəki dostlarımıza qarşı mərhəmət, sevgi hisslərini aşılamaqdır.
Tədbir autizm spektrli və sağlamlıq imkanları məhdud uşaqlarla iş üzrə ixtisaslaşmış psixoloqun interaktiv təlimi ilə başladı və daha sonra quşlar üçün yuvaların qurulması ilə davam etdi. Yekunda uşaqlara Yelo Bank tərəfindən sertifikat və hədiyyələr təqdim olundu. Uşaqların imzası ilə tamamlanmış quş evlərindən bir neçəsi Reabilitasiya Mərkəzinin bağçasındakı ağaclarda yerləşdirildi, digərlərini isə tezliklə Bakı şəhərindəki digər park ərazilərində görə biləcəksiniz.
Xatırladaq ki, bu, Yelo Bank-ın sahibsiz heyvanların qayğısı üçün həyata keçirdiyi ilk sosial layihə deyil. Bundan öncə bank əməkdaşlarının övladları pişik evləri hazırlamış və küçə heyvanlarının xüsusiyyətləri ilə və onlara düzgün rəftarla bağlı interaktiv təlimdə iştirak etmişdi. Hazırda pişik evləri müxtəlif ictimai-iaşə obyektlərinin qarşısında yerləşdirilib.
Yelo Bank autizmli və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün daha gözəl bir mühitin formalaşdırılması naminə sosial layihələrinə davam edəcək.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!
YeloBank– Parlaq bankçılıq!
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət