NEQSOL Holding menecerlərini daha da inkişaf etdirməyə və liderlik bacarıqlarının təkmilləşməsinə dəstək göstərmək üçün Liderlik Səyahəti proqramına başlayıb.
Holdinqin rəqabət qabiliyyətini dəstəkləmək və daha böyük uğur əldə etmək məqsədi daşıyan proqram üç moduldan ibarətdir və hibrid formatda həyata keçirilir: əyani təlimlər, qrup kouçinq və tanınmış CrossKnowledge platformasından onlayn öyrənmə. Proqram iştirakçıları NEQSOL Academy platforması vasitəsilə onlayn öyrənmə ekspertlərinin eksklüziv materiallarından faydalana bilərlər. Holdinqin 155 meneceri Liderlik Səyahəti Proqramında iştirak edirlər.
NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib: “NEQSOL Holding-in liderləri müxtəlif bizneslərimiz və mədəniyyətlərimiz arasında əlaqələrin inkişafı üçün birlikdə çalışırlar. Əminik ki, bizim Liderlik Səyahəti proqramımız holdinq daxilində uyğunlaşma və sinerjini daha da gücləndirməyə imkan verəcək”.
NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət