Mayın 6-da Braziliyanın paytaxtı Braziliya şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Braziliyanın Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti - üçüncü raundu keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.
Həmçinin Braziliyaya səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Braziliya Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Filipe Martins, kənd təsərrüfatı nazirinin müavini Marcio Eli Almeida Leandro və Braziliya parlamentində Braziliya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşlər keçirib.
“Görüşlərdə ikitərəfli münasibətlərin perspektivləri, iqtisadi əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin vacibliyi müzakirə edilib, dövlətlər arasında təmasların artırılmasının əhəmiyyəti vurğulanıb”, - deyə məlumatda qeyd olunur.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət