2021-ci ildə Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 66,046 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 27,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Hesabat dövründə sığorta sektorunun gəlirləri 2020-ci illə müqayisədə 6,7% - 923,64 milyon manata qədər azalıb.
Sığorta haqları 10,2% - 875,469 milyon manata qədər artıb, xalis mənfi sığorta ehtiyatları bil il əvvələ olan 62,181 milyon manata qarşı 73,261 milyon manat təşkil edib.
Sığorta bazarının iştirakçılarının investisiya gəlirləri 57,15 milyon manat (azalma 13,7%), sığorta haqlarında təkrar sığortaçıların payı 42,061 milyon manat (artım 2,4 dəfə) təşkil edib.
Hesabat dövründə sığorta sektorunun xərcləri 4,5% - 842,299 milyon manatadək azalıb. Sığorta ödənişləri 497,117 milyon manat (artım 0,8%), təkrar sığorta ödənişləri 112,405 milyon manat (azalma 27,1%), işin aparılması xərcləri 197,621 milyon manat (artım 1,7%) təşkil edib.
2021-ci ildə sığortaçılar 15,295 milyon manat məbləğində (azalma 5,3%) mənfəət vergisi ödəyiblər.
2022-ci il yanvarın 1-nə sığorta sektorunda 32 hüquqi şəxs qeydiyyata alınıb, onların 31-i özəl hüquqi şəxsdir (7 şirkət xarici kapitala malikdir - İF). Bundan başqa, 2022-ci ilin əvvəlinə ölkədə 20 sığorta, 1 təkrarsığorta və 11 broker şirkəti fəaliyyət göstərib.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət