Mayın 12-də Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş keçiriləcək.
“Bu gün burada bizim erməni həmkarımızla üçtərəfli görüş keçirmək, prezidentlərimizin son il yarım ərzində qəbul etdiyi üç üçtərəfli bəyanatın necə həyata keçirildiyini görmək üçün yaxşı imkanımız var”, - deyə S.Lavrov C.Bayramovla görüşdə bildirib.
O, C.Bayramovla ikitərəfli görüşünün Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə - müttəfiqlik səviyyəsinə çatdığı bir dövrdə keçirildiyini qeyd edib.
Rusiya XİN başçısının sözlərinə görə, vəziyyətə ümumi baxış keçirmək, prezidentlərin qoyduğu konkret tapşırıqların necə yerinə yetirildiyinə baxmaq üçün istənilən imkan çox dəyərlidir.
“Bu il biz diplomatik münasibətlərin 30 illiyini qeyd edirik, bir sıra rəngarəng, parlaq tədbirlər hazırlanır və yaxın vaxtlarda Rusiya-Azərbaycan sənədləri toplusu nəşrə hazırlanmalıdır”, - deyə S.Lavrov əlavə edib.
İkitərəfli iqtisadi əməkdaşlığa gəlincə, o xatırladıb ki, iki həftə əvvəl Bakıda növbəti toplantı keçirilib. “Bizə elə gəlir ki, bu iclas rəhbərlərimizin bütün qərarları istiqamətində hərəkət etmək üçün çox faydalı olub. Ümid edirik ki, ilin ikinci yarısında vaxtilə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş növbəti regionlararası forumun təşkili mümkün olacaq”, - deyə nazir bildirib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət