Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir. Bu barədə “İnterfaks”ın müxbiri xəbər verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşdə bildirib ki, ölkəsi Cənubi Qafqazın sülh, davamlı inkişaf və firavanlıq zonasına çevrilməsində maraqlıdır.
Onun sözlərinə görə, Moskva tərəflər arasında etimadın artırılmasında və Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşması üçün şərait yaradılmasında maraqlıdır. “Ümid edirəm ki, bugünkü görüş liderlərimizin müəyyən etdiyi yolla irəliləməyə imkan verəcək”, - deyə Rusiya XİN başçısı qeyd edib.
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, görüş əldə edilə biləcək irəliləyişləri müzakirə etmək üçün yaxşı fürsətdir. O, eyni zamanda, nəqliyyat-kommunikasiya xətlərinin açılması işində irəliləyişin olmamasından təəssüfləndiyini bildirib.
“Bilirəm ki, həmkarlar arasında təmaslar davam edir. Hesab edirik ki, nəticə əldə etmək və üçtərəfli bəyanatların tam icrasına nail olmaq üçün yaxşı perspektivlər, yaxşı fürsət var. Son zamanlar dövlət sərhədinin delimitasiyası prosesinin başlanması ilə bağlı kifayət qədər intensiv təmaslarımız olub. Hesab edirəm ki, delimitasiya məsələləri üzrə komissiyada yaxşı irəliləyişlər, tərəflərin tərkibi və təmsilçiliyi baxımından anlaşma var. Eləcə də hesab edirəm ki, yaxın vaxtlarda, ən azı, bu prosesə başlamaq mümkün olacaq. Biz sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. Düşünürük ki, bugünkü görüş, təmasların davam etdirilməsi bu mövzuda müzakirələrin davam etdirilməsinə müsbət təsir göstərəcək”, - deyə nazir vurğulayıb.
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan görüşün əvvəlində qeyd edib ki, Ermənistan üç ölkənin liderləri arasında əldə edilmiş bütün razılaşmaların və bəyanatların icra edilməsinə sadiqdir.
“Biz mövcud formatlar (regionda kommunikasiyaların açılması, sülh müqaviləsi, humanitar, hərbi əsirlərin qaytarılması və həll olunmamış digər problemlərin həlli) üzrə bütün işləri davam etdirməyə hazırıq”, - deyə o bildirib.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət