Rusiyanın “Bamstroymexanizasiya” SC (“1520” Şirkətlər Qrupuna daxildir) Azərbaycanın «Rail Trans Service» (RTS) tikinti şirkəti ilə RF-nin Xabarovsk vilayətində tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə dair müqavilə imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi gazeta-bam.ru nəşrinə istinadən məlumat verir.
Müqavilə RTS-in mütəxəxssilərinin Uktur, Aksaka və Kenay stansiyalarında tikinti-quraşdırma işlərində iştirakını nəzərdə tutur.
“1520” Şirkətlər Qrupunun direktor müavini Dmitri Bolotski müqaviləni şərh edərkən qeyd edib ki, holdinq artıq RTS ilə geniş fəaliyyət təcrübəsinə malikdir.
“Son illər ərzində RTS ilə birgə Azərbaycanın dəmir yolu infrastrukturunun inkişafı üzrə bir sıra iri layihələr reallaşdırmışıq, xüsusilə, Bakı-Tilisi-Qars beynəlxalq nəqliyyat dəhlizində təqəmsal idarəetmə sistemi tətbiq etmişik. Əminəm ki, əldə etdiyimiz birgə təcrübə və bilik Rusiya dəmir yollarının da nəqliyyat potensialını artırmağa imkan verəcək”, - o vurğulayıb.
Azərbaycanın «Rail Trans Service» tikinti şirkəti dəmir yollarının tikintisi sahəsində layihələr reallaşdırır. Fəaliyyətinin əsas istiqamətləri – dəmir yolları infrastrukturunun layihələndirilməsi, yenidənqurulması və tikintisidir.
“Bamstroymexanizasiya” SC – nəqliyyat tikintisi sahəsində fəaliyyət göstərən istehsal-mühəndis müəssisəsidir. Şirkət Rusiyanın ən iri istehsal-tikinti holdinqlərinin birinə - “1520” Şirkətlər Qrupuna daxildir. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət