2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın beynəlxalq hava limanları üzrə sərnişin axını 900 min nəfər təşkil edib. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.
“Ümumilikdə, birinci rübdə bütün aeroportlar üzrə sərnişin axını 900 min nəfər təşkil edib ki, bunun da 51%-i Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. 2021-ci ilin analoji dövrü ilə müqayisədə sərnişin axını iki dəfə artıb. Apreldə Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 247,5 min sərnişinə xidmət göstərib”, - məlumatda bildirilir.
Eyni zamanda, 2022-ci ilin yanvar-aprel aylarında Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” 350 min və 114 min sərnişin daşıyıb ki, bu da müvafiq olaraq xidmət göstərilən sərnişinlərin ümumi payının 38,9%-ni və 12,7%-ni təşkil edir.
2022-ci ilin aprel ayında 23 xarici aviaşirkət Bakı hava limanına uçuşlar həyata keçirib. Apreldə Bakıdan ən populyar istiqamətlərin onluğuna İstanbul, Dubay, Moskva, Tbilisi, Minsk, Ankara, İzmir, Əbu-Dabi, Frankfurt və Aktau daxil olub.
Hazırda Azərbaycanın müxtəlif bölgələrində 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.
2021-ci ildə Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 2,93 milyon sərnişinə xidmət göstərib ki, bu da 2020-ci ilin göstəricisindən 2 dəfə çoxdur.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət