Bakı şəhərində Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclası Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Avstriyanın Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri Franz Vessiq keçiriblər.
“İclasda iki ölkə arasında iqtisadi, elmi və texniki əməkdaşlığın cari vəziyyəti müzakirə olunub. Eyni zamanda, ticari və iqtisadi əlaqələr, nəqliyyat, İKT, kənd təsərrüfatı, qida təhlükəsizliyi, enerji, turizm və mədəniyyət sahəsi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
R.Nəbiyev əlavə edib ki, Azərbaycan və Avstriyanın ixracatçıları və onların məhsulları haqqında mütəmadi məlumat mübadiləsi, işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması vacibdir.
İclasın sonunda Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclasının Protokolu imzalanıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət