Azərbaycanın baş naziri Əli Əsədov mayın 18-də Bakıda belaruslu həmkarı Roman Qolovçenko ilə görüşüb.
“İnterfaks-Azərbaycan” agentliyinin BELTA agentliyinə istinadən verdiyi xəbərə görə, Qolovçenko qeyd edib ki, hər iki ölkə başçıları arasında əldə olunmuş razılaşmaların necə həyata keçirildiyini müzakirə etmək üçün Bakıya gəlib. “Biz özümüzlə ciddi təkliflər paketi gətirmişik və yaxın gələcək üçün əməkdaşlıq istiqamətlərini müəyyən etmək məqsədilə onu müzakirəyə təqdim etmək istəyirik”, - deyə o bildirib.
Belarus baş nazirinin sözlərinə görə, onun səfəri ticarət və investisiya sahəsində ikitərəfli əməkdaşlığın inkişaf potensialını müəyyənləşdirməyə kömək edəcək.
“Dünya iqtisadiyyatı üçün çətin olan ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi $885,5 milyona çatıb, ticarət dövriyyəsində demək olar ki, paritet mövcuddur və bu, hər iki ölkənin tədiyə balansı üçün yaxşıdır. Ötən il ikitərəfli ticarət üçün rekord il olub. Düşünürəm ki, bizim görüşümüz ticarət və investisiya sahəsində əməkdaşlığın inkişaf potensialını və təsərrüfat subyektlərinin birgə layihələr həyata keçirmələri üçün hökumətlər səviyyəsində həll edilməli olan problemli məsələləri müəyyən etməyə kömək edəcək”, - deyə Qolovçenko qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan və Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının tezliklə keçirilməsi əlavə təkan verə bilər.
Bundan başqa, Belarus hökumətinin başçısı sənaye sahəsində kooperasiya layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edərək, Belarusun maşınqayırma müəssisələrinin Gəncə Avtomobil Zavodu ilə əməkdaşlığını misal gətirib: “Birgə əməkdaşlığın həyata keçirildiyi illər ərzində bu müəssisənin bazasında 12 mindən çox traktor və 4 mindən çox digər texnika istehsal olunub. Bu müəssisənin bazasında Belarusun digər texnika, məsələn, taxılyığan, yemyığan maşın istehsalçılarının iştirakı ilə maşınqayırma klasterinin yaradılmasına doğru istiqamət almağı düzgün hesab edirik. Elə həmin meydançada kənd təsərrüfatı texnikası üçün qoşqu aqreqatları, elektrobuslar da istehsal oluna bilərdi”, - deyə Qolovçenko təklif edib.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət