“Minsk Traktor Zavodu” ASC ilə “Gəncə Avrtomobil Zavodu” İB arasında $15 milyon dəyərində 950 traktor komplektinin təchizatına dair müqavilə imzalanıb.
Müqavilə Belarusun baş nazirinin müavini Roman Qolovçenkonun Azərbaycana işgüzar səfəri çərçivəsində imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” Belarusun BELTA agentliyinə istinadən məlumat verir.
“Minsk Traktor Zavodu” 2007-ci ildə “Gəncə Avrtomobil Zavodu” ilə əməkdaşlığa başlayıb, tərəfdaşlarımızla birlikdə burada ümumilikdə 12 mindən artıq traktor yığaraq realizə etmişik. Bu il üçün plan – 1 mindən artıq raktrdur. Bu gün 950 məmulata dair növbəti müqavilə imzalanıb. Gələcəkdə həm istehsal xəttini, həm də sayı artlrmağı planlaşdırırıq”, - “MTZ”-nin baş direktoru Vitali Vovk deyib.
O cümlədən, “Gəncə Avtomobil Zavodu” ilə “Qomselmaş” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
“Gəncə Avtomobil Zavodu”nun tikintisi 1986-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. 2004-cü ilin sonunda “OKA” azlitrajlı avtomobillərin, daha sonra “UAZ” avtomobillərinin, Çinin “CAN QAN”orta tonnajlı yük avtomobillərinin yığılması ilə fəaliyyətə başlayan müəssisə bu gün ağır texnikanın buraxılmasına hədəflənib. Belarus texnikasının yığılması isdtehsal sahəsi 20 min kvadratmetdəın artıq olan əsas sexdə həyata keçirilir. Burada üç texnoloji xətt yerləşir (biri – traktor xətti, ikisi – avtomobil xətti).
2006-cı ilin oktyabr ayında “QAZ” İB ilk dəfə Minsk traktor və avtomobil zavodları ilə iri müqavilələr bağlayıb. 2007-2022-ci illərdə “Gəncə Avtomobil Zavodu”nda təxminən $230 milyon dəyərində 12 minə yaxın Belarusd traktoru, həmçinin $200 milyon dəyərindən artıq 4 min ədəd MAZ, MTYMZ, “Qomselmaş”, “AMKODOR”, “Belkomunmaş”ın texnikası yığılıb.
Bundan əlavə, Belarus kənd təsərrüfatı texnikasının Azərbaycana ixrac nomenklaturasının genişləndiriməsi perspelktivləri var. Həmçinin, “QAZ” İB Azərbaycanda tələbat olan kənd təsərrüfatı və sərnişin texnikasının geniş xəttinin istehsalı üzrə onun bazasında çoxprofilli sənaye klasterin yaradılması üçün mühüm potensiala malikdir. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət