Bakı Ali Neft Məktəbinin (BANM) 16 komandası Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”də final mərhələsinə yüksəlib. BANM təmsilçiləri 8 müsabiqə üzrə finala çıxıblar.
“Yaşıl texnologiyalar” müsabiqəsi üzrə 8 komanda, “Aqrar texnologiyalar” üzrə 2 komanda, “Bakuskills” üzrə 1 komanda, “Robototexnika” üzrə 1 komanda, “Sosial yönümlü texnologiyalar” üzrə 1 komanda, “Pilotsuz uçuş aparatları” üzrə 1 komanda, “Cansat” üzrə 1 komanda, “Planer” üzrə 1 komanda “Teknofest”in final mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, BANM-in “Həkəri” komandası “Aqrar texnologiyalar” və “Sosial yönümlü texnologiyalar” üzrə, “Oğuz” komandası isə “Robotexnika” və “Planer” üzrə 2 müsabiqədə finala vəsiqə qazanıb.
“Yaşıl texnologiyalar” üzrə final mərhələsinə yüksələn 10 komandadan 8-i BANM-i təmsil edir. Bu göstərici ali məktəblər arasında yalnız BANM-ə aiddir.
Final mərhələsinə yüksələn komandalar bunlardır:
1. “Yaşıl texnologiyalar” üzrə - “Murov”, “Xudayar”, “Atəşgah”, “Gülüstan”, “Xəzri”, “Turan”, “Topxana”, “Qızılağac”
2. “Aqrar texnologiyalar” üzrə - “Həkəri”, “Xəmsə”
3. “Bakuskills” üzrə - “Şuşa qalası”
4. “Robototexnika” üzrə - “Oğuz”
5. “Sosial yönümlü texnologiyalar” üzrə - “Həkəri”
6. “Pilotsuz uçuş aparatları” üzrə - “Murov qartalları”
7. “Cansat” üzrə - “İstiqlal”
8. “Planer” üzrə - “Oğuz”
Xatırladaq ki, Bakıda keçirilən “Teknofest” festivalı “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət