Sahibkarlığın İnkişafı Fondu (SİF) Kiçik Kredit Skorinq Modelinin (KKSM ) tətbiqi barədə elan edib.
Fondun məlumatına əsasən, KKSM kredit məbləği 200 min manat və ondan az olan müraciətlər üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinə dair təqdim edilmiş məlumatların emalını, nəticələrinin təhlilini və rəy verilməsini təmin edən avtomatlaşdırılmış modeldir.
“Skorinq modelinin tətbiqi nəticəsində proqnoz maliyyə planları Fond tərəfindən formalaşdırılaraq qiymətləndiriləcək və bununla da, kredit təşkilatları tərəfindən həmin hesabatların hazırlanmasına sərf olunan vaxta qənaət ediləcək”, - SİF-in məlumatında deyilir.
Bundan əlavə, KKSM investisiya layihələrinin ekspertizası prosesinin sadələşdirilməsi, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsi, kredit müraciətləri üzrə aparılan ekspertizanın keyfiyyətinin və səmərəliliyinin artırılması, investisiya layihələrinin təhlilində vahid yanaşmanın tətbiqinə imkan verəcək.
“Gələcəkdə 200 min manatdan yuxarı kreditlər üzrə də skorinq modelinin tətbiqi nəzərdə tutulur», - Fonddan qeyd olunub. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət