VTB (Azərbaycan) Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən aksiya çərçivəsində manatla açılan “Uşaq Əmanət Hesabı”nın tarifini 0,5% artırır. İndi əmanət üzrə gəlirlilik vəsaitlərin yerləşdirilməsi müddətindən asılı olaraq 9,5%-dən 11%-ə qədər olacaq.
Əmanəti yetkinlik yaşına çatdıqda ondan istifadə edə biləcək uşaq üçün valideyn və ya qəyyumun adına aça bilərsiniz.Minimum məbləğ 100 AZN-dir. Əmanəti istənilən vaxt artırmaq olar – minimum məbləğ 5 AZN təşkil edir. Yerləşdirmə müddəti 1 ildən 18 ilə qədərdir. Aksiya iyunun 1-dən 30-dək davam edəcək.
“VTB (Azərbaycan) sosial məsuliyyətə xüsusi diqqət yetirir. Bank mütəmadi olaraq uşaqlar üçün maliyyə savadlılığı üzrə təlimlər keçirir və uşaq idmanına fəal dəstək verir. Biz həmçinin xüsusi məhsullar üzərində işləyirik: ilin əvvəlində biz Uşaq Əmanət Hesabını işə saldıq. Bu, valideynlərə övladının gələcəyi üçün kapital formalaşdırmağa kömək edir, həmçinin yetkinlik yaşına çatdıqda uşağın maliyyə müstəqilliyini təmin edir. Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətiylə biz müştərilərimizə əmanətlər üçün daha əlverişli şərtlər təklif etmək, onun gəlirliliyini artırmaq qərarına gəldik”, - deyə, VTB (Azərbaycan)-ın Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
Siz bankıninternet saytındaəmanət açmaq üçün ərizə göndərə bilərsiniz. Təsdiqləndikdən sonra müştəri pul vəsaitlərini yerləşdirmək üçün VTB (Azərbaycan)-ın istənilən filialına gələ bilər.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət