Azərbaycan hökuməti Füzuli rayonunda (Qarabağ iqtisadi rayonu) şərabçılıq müəssisəsinin tikintisi layihəsini həyata keçirməyi planlaşdırır.
“1,6 milyon ədəd şərti butulka istehsalı üçün şərab zavodlarının yaradılmasını nəzərdə tutan investisiya layihəsi hazırlanıb. Layihənin həyata keçirilməsi üçün investorların cəlb edilməsi planlaşdırılır. Üzüm bağlarının salınması üçün subsidiyaların, güzəştli kreditin, investisiya təşviqi sənədinin verilməsi dövlət dəstəyi hesabına təmin olunacaq”, - deyə hökumətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Mənbənin sözlərinə görə, müəssisənin xammalla təmin edilməsi üçün Füzuli rayonunun Yuxarı Veysəlli kəndində ümumi sahəsi 131 ha olan hazır üzüm bağlarından istifadə olunacaq. Həmçinin ümumi sahəsi 356,3 ha olan perspektivli sahələrdə yeni üzüm bağlarının salınması planlaşdırılır.
Hazırda Xocavənd, Füzuli və Qubadlı rayonlarında ümumi sahəsi 225,5 ha olan üzüm bağları və 225 ha perspektivli sahələr var.
Füzuli rayonunun Yuxarı Veysəlli kəndində 88,5 ha, Xocavənd rayonunun Tuğ kəndində 58,2 ha, Qubadlı rayonunun Bala Soltanlı və Xəndək kəndlərində 78,3 ha perspektivli sahələr mövcuddur.
Hazırda dövlət tərəfindən Yuxarı Veysəlli kəndində üzümlüklərin orqanik sertifikat (Ecocert Organic Standard, EOS) alması istiqamətində danışıqlar aparılır.
“Layihənin dəyəri 19,6 milyon-21,3 milyon manat (cari məzənnə ilə $11,5 - $12,5 milyon) arasında dəyişir. Bu qiymətləndirməyə şərab istehsalı müəssisəsinin yaradılması üçün nəzərdə tutulan xərclər (16 milyon manat), həmçinin 356,3 ha sahədə yeni üzüm bağlarının salınması xərcləri (3,6 milyon - 5,3 milyon manat) daxildir”, - deyə hökumətdən bildiriblər.
Hökumətin qiymətləndirmələrinə görə, layihə bir sıra üstünlüklərə malikdir: hazır üzümlüklərin mövcudluğu; yüksək aqrar turizm imkanları: torpaqların əkinə yararlı olması, o cümlədən bağ sahələrini genişləndirməyə imkan verən perspektivli boş sahələrin olması.
“Bununla yanaşı, layihənin həyata keçirilməsi “Ağdam şərabı” brendini bərpa etməyə və Rusiya bazarına məhsul tədarükünü təşkil etməyə imkan verəcək, çünki müvafiq ixrac imkanları var”, - deyə hökumətdən qeyd ediblər.
İstehsal olunan məhsulun 1 butulkasının maya dəyəri 4 manat məbləğində qiymətləndirilir. 1000 ədəd şərti butulkanın istehsalına 25 kVt/saat elektrik enerjisi, 5 kubmetr su və 113 kubmetr təbii qaz tələb olunacaq.
Hökumətin məlumatına görə, 2020-ci ildə Azərbaycana $2,9 milyon məbləğində təbii üzüm şərabı idxal edilib, ixrac isə $4 milyon təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət