2022-ci ilin yanvar-mart aylarında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yük və sərnişin daşımalarından 71 milyon 347,6 min manat (cari məzənnə ilə $41,9 milyon- İF) gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2021-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın dəmir yolları ilə yük və sərnişin daşımalarından gəlirlər 6,3% azalıb.
Hökumətin məlumatına əsasən, gəlirlərin strukturunda birinci rübdə 70 milyon 690 min manat yük daşımalarının (azalma 6,9%) payına düşüb, həmçinin, 59 milyon 984,7 min manat – beynəlxalq istiqamətlər üzrə (azalma 10%), 10 milyon 705,3 min manat – daxili istiqamətlər üzrə (artım 16%) yük daşınıb.
Beynəlxalq istiqamətlər üzrə yük daşımalarının gəlirlərinin strukturunda 26 milyon 79,7 min manat (artım 13,8%) tranzit daşımaların payına düşüb.
Azərbaycanın dəmir yolları ilə sərnişin daşımalarından gəlirlər 657,6 min manat (artım 2,3 dəfə) təşkil edib, bütün bu həcm daxili istiqamətlər üzrə daşımaların payına düşüb.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-mart aylarında dəmir yolu ilə 3 milyon 810,1 min ton yük (artım 1,1%) və 943,5 min nəfər sərnişin (artım 98,1%) daşınıb.
Hesabat dövründə tranzit yük daşımalarının həcmi 1 milyon 424,6 min ton təşkil edib (artım 10,8%). **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət