Böyük Britaniya müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığın dərinləşməsinə ümid edir. Bu barədə Birləşmiş Krallığın ixracat naziri Mike Freer Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasızamanı bəyan edib.
“Hazırda 1 milyard funt-sterlinqdən çox olan ticarət dövriyyəmiz mövcuddur və Hökumətlərarası Komissiya əlaqələrimizi genişləndirmək və dərinləşdirmək üçün bir fürsətdir.Böyük Britaniya şirkətləri Azərbaycanla bərpa olunan enerjiyə keçid, yeni texnologiyaya investisiya, səhiyyə və təhsil sahələrində tərəfdaşlıq edirvə biz qarşıdakı illərdə birgə fəaliyyət üçün daha çox imkanların olacağına inanırıq”, - Azərbaycan Energetika Nazirliyinin mətbuat xidməti Freerin sözlərindən sitat gətirir.
Öz növbəsində, Azərbaycanın energetika naziri Pərviz Şahbazov qeyd edib ki, iki ölkə arasında yüksək siyasi dialoq “Cənubi Qafqazda nümunəvi güclü iqtisadi tərəfdaşlıqla bir-birini tamamlayır”.
«Böyük Britaniya 32 milyard dollardan çox sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investordur. İki ölkə arasında ötən il ticarət dövriyyəsi 47% artaraq 668 milyon dollara yaxın olub”, - nazir qeyd edib.
O cümlədən, Şahbazov məlumat verib ki, BP şirkəti vasitəsilə ölkəmizin neft-qaz sektoruna indiyə qədər 29 milyard dollara yaxın sərmayə yatırılıb, Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələri uğurlu enerji əməkdaşlığının göstəricisi kimi dəyərləndirilir.
Onun özlərinə görə, bu əməkdaşlıq qlobal çağırışlara uyğun yeni mərhələyə daxil olub.
“Birləşmiş Krallıqla enerji sahəsində uzunmüddətli tərəfdaşlığımızı strateji enerji dayanıqlığı və “yaşıl” enerji gündəliyinin həyata keçirilməsinə mühüm töhfə kimi görürük. Bu günlərdəCəbrayılda 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə mühüm irəliləyişə nail olduq. Düşünürük ki, tez bir zamanda bu stansiyanın inşası bp ilə “yaşıl” enerji, dekarbonizasiya, ümumiyyətlə enerji keçidi istiqamətində uğurlu əməkdaşlığımızın təsdiqi olacaq”, - Şahbazov deyib.
O, həmçinin məlumat verib ki, azad edilmiş ərazilərin “xalis sıfır” emissiyaya malik “yaşıl enerji zonası” konseptində inkişafı, “yaşıl artım” və təmiz ətraf mühitə nail olmağa ölkənin milli prioriteti səviyyəsində yanaşma və Xəzər dənizinin 157 QVt külək enerjisinin elektrik enerjisi və hidrogenin istehsalı/ixracına yönəldilməsi ilə bağlı planlar Böyük Britaniya ilə “yaşıl” tərəfdaşlığın inkişafı üçün böyük imkanlardır.
Həmçinin, Şahbazov azad edilmiş torpaqlarımızın dünyada ən çox minalarla çirklənmiş ərazilərdən biri olduğunu, mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsindəki çətinliklərin bu ərazilərin sosial-iqtisadi reinteqrasiyası, mühüm layihələrin həyata keçirilməsi üçün başlıca maneə olduğunu da diqqətə çatdırıb. Bu məsələdə beynəlxalq dəstəyin və yardımın vacibliyini qeyd edib.
“İclasda enerji keçidi, biznes mühitinin daha da yaxşılaşdırılması və investisiyaların artırılması, mina təhlükəsi ilə mübarizə, rəqəmsal iqtisadiyyat, infrastruktur, səhiyyə, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb”, - məlumatda deyilir.
Bundan başqa, iclas zamanı yeni investisiya imkanları barədə ətraflı məlumat verilib, Azərbaycan-Britaniya Ticarət Palatasının fəaliyyətə başlamasının əhəmiyyəti qeyd edilib. İkitərəfli iqtisadi əlaqələrin inkişafı üçün “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi bildirilib.
İclasın yekunlarına dair “İDRAK Texnoloji Transfer” şirkəti ilə Birləşmiş Krallığın “ApplianSys” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
O cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb.
Hökumətlərarası Komissiyanın 6-cı iclasının isə 2023-cü ildə Bakı şəhərində keçirilməsi barədə razılıq əldə olunub. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət