SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə ABB arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov imzalayıblar. Əməkdaşlıq tələbə və məzunlara təcrübə, karyera imkanlarının yaradılması, müəyyən elmi layihələrdə iştirak, ABB İnnovasiya Mərkəzi vasitəsilə tələbə startaplarının dəstəklənməsi və s. bu kimi istiqamətləri əhatə edəcək.
Bakı Ali Neft Məktəbinin ilk dəfə olaraq bankla əməkdaşlıq etdiyini vurğulayan rektor Elmar Qasımov bu əməkdaşlığın tələbələrə böyük imkanlar açacağını bildirib: “Regionun aparıcı banklarından olan ABB ilə işbirliyi bizim üçün çox önəmlidir. Bu əməkdaşlıq tələbələrimizin gələcək karyerasında, bir çox bacarıqlarının inkişaf etməsində mühüm rol oynayacaq. BANM-in 11 məzunu ABB-də çalışır. Gələcəkdə bu sayın artacağına və daha çox tələbəmizin bankda təcrübə keçmək imkanları qazanacağına inanırıq. ABB ilə BANM arasında imzalanan memorandum,
eyni zamanda elm, təhsil və biznes arasında faydalı inteqrasiya yaradır”.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, ABB cəmiyyətimizin
gələcəyinə töhfə verməyə çalışır. Təhsil müəssisələri ilə əlaqələr bu baxımdan bank üçün böyük əhəmiyyət daşıyır: “İstedadlı gənclərimizin çoxu ali məktəblərimizdə yetişir. Biz də bu cür əməkdaşlıqlarla gənclərimiz üçün yeni imkanlar yaradırıq. ABB indiyə qədər bu istiqamətdə bir sıra uğurlu addımlar atıb. ABB Tech Akademiyası, ABB İnnovasiya Mərkəzi kimi layihələrimiz bizə istedadlı gəncləri cəlb etməyə, onların yaradıcı potensialını üzə çıxarmağa imkan verir. Bakı Ali Neft Məktəbi ilə çoxşaxəli əməkdaşlığımız da inanırıq ki, hər cəhətdən faydalı olacaq”.
Sonda ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimova “Fəxri qonaq” diplomu təqdim edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət