Azərbaycan nümayəndə heyəti 20-22 iyun tarixlərində Lüksemburq, Belçika Krallığı və İsveçrədə humanitar minatəmizləmə mövzusunda silsilə görüşlər keçirəcək. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Səfər ANAMA, azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.
“Görüşlərin məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası, onun törətdiyi nəticə və fəsadları, minalarla yüksək səviyyədə çirklənmə səbəbindən bərpa və yenidənqurma işlərinə maneələri, eləcə də bu sahədə dünya ictimaiyyəti və donorlara çağırış etməkdir”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, minalanmış sahələr Azərbaycanın azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasına əngəl törədən problemlərdən biridir. Erməni işğalı dövründə həmin ərazilər minalanıb. 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Azərbaycanın təsiri ilə Ağdam, Füzuli və Cəbrayıl rayonlarını mina xəritələrini Bakıya təqdim edib. Lakin onların dəqiqliyi cəmi 25% təşkil edir.
2020-ci il noyabrın 10-dan etibarən Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın 220-dən artıq mülki şəxsi və hərbi qulluqçusu minaya düşərək həlak olub və xəsarət alıb. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət