16-18 iyun tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilib.
Prezident İlham Əliyev Forumun açılış mərasimində nitq söyləyib. Dövlət başçısı çıxışı zamanı bildirib ki, “yeni yanaşmalar haqqında danışarkən görürük ki, ötən ilin noyabrına təsadüf edən, burada – “Gülüstan” sarayında keçirilən görüşümüzdən bəri dünyanın dəyişməsi aydındır. Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir”.
Forumda müzakirə olunan mövzuları şərh edən Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, bu qlobal tədbirdə Ermənistandan nümayəndələr iştirak etməyib. “Onlar (Ermənistan nümayəndələri – İF) Forumda çox maraqlı və faydalı fikirlər eşidə bilərdilər, çünki Bakı Forumunda 53 ölkədən 400-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, sabiq prezidentləri və baş nazirləri iştirak ediblər”, - deyə Ağacanov vurğulayıb.
O qeyd edib ki, təxminən eyni vaxtda 25-ci Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə İşçi Qrupun həmsədrləri qismində görüş keçiriblər. “Üçtərəfli İşçi Qrup çərçivəsində Ermənistan və Azərbaycan nümayəndələrinin danışıqları asan deyil. Ancaq biz bu görüşlərdə müsbət məqamlar görürük. Proses başlayıb. Erməni xalqı anlamalı və nəticə çıxarmalıdır. Zəngəzur dəhlizi nə qədər tez açılarsa, həm Ermənistan vətəndaşları, həm də Azərbaycan vətəndaşları olan Qarabağ erməniləri üçün bir o qədər yaxşı olacaq”, - deyə Ağacanov vurğulayıb.
O əlavə edib ki, harada yaşamasından asılı olmayaraq, hər bir erməni Ermənistanda sülh, əmin-amanlıq və rifahın hökm sürməsini istəyir. “Lakin bu, yalnız Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri olduğu təqdirdə mümkündür. Başqa variant yoxdur”, - deyə o əlavə edib.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət