Maliyyə naziri Samir Şərifov bildirib ki, azad olunmuş ərazilərin – Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə layihələrin həyata keçirilməsində beynəlxalq maliyyə təşkilatlarının, o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) iştirakını zəruri hesab edir.
“Azərbaycanın azad olunmuş ərazilərinin bərpası prosesində beynəlxalq maliyyə təşkilatlarının, o cümlədən QDTİB-in iştirakı zəruridir”, - deyə nazir bu gün Bakıda keçirilən “Dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-in rolu” adlı biznes forumda çıxışı zamanı bildirib.
“Bankın kapital-maliyyə resurslarının digər beynəlxalq maliyyə təşkilatlarına nisbətən aşağı olması və özəl sektorun maliyyələşdirilməsində ixtisaslaşmasını nəzərə alaraq QDTB-i Qarabağ və Şərqi Zəngəzurda yerli və xarici sahibkarların layihələrinə kredit dəstəyi göstərməyə dəvət edirik”, - deyə o vurğulayıb.
S.Şərifov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası işlərinə 2021-2022-ci illərdə dövlət büdcəsindən $3 milyarddan artıq vəsait ayrılması nəzərdə tutulub, hazırda bu vəsaitin $1,3 milyard manatdan çox hissəsi istifadə edilib.
Nazir, həmçinin bildirib ki, QDTİB bu günədək Azərbaycanda özəl sektorda layihələrin həyata keçirilməsinə 510 milyon avro məbləğində kredit vəsaiti ayırıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət