Rusiya-Azərbaycan sərhədində “Yaraq-Kazmalyar” çoxtərəfli avtomobil keçid məntəqəsinin yenidənqurulması cari ilin sonunadək onun ötürülmə qabiliyyətini təxminən 3 dəfə artırmağa imkan verəcək. Bu barədə Dağıstan rəhbəri Sergey Melikovun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, keçid məntəqəsinin yenidənqurulması mövcud rejim və ötürülmə qabiliyyəti qorunmaqla iki uyğunlaşdırılmış texnoloji mərhələdə aparılır. Hazırda bu keçid məntəqəsinin gündəlik ötürülmə qabiliyyəti – həm yük, həm də sərnişin 500 ədəd avtonəqliyyat vasitəsi təşkil edir.
“Cari ilin sonunadək işlərin tamamlanması planlaşdırılır. Layihəyə əsasən, bundan sonra məntəqənin gündəlik ötürülmə qabiliyyəti 1400 ədəd avtonəqliyyat vasitəsinə qədər və 4000 fiziki şəxsə qədər artacaq”, - məlumatda deyilir.
Bildirilir ki, logistika marşrutlarının və yük nəqli zəncirinin istiqamətinin dəyişdirilməsi fonunda Rusiyanın qərb regionlarından Dağıstandan tranzitlə keçməklə beynəlxalq əlaqədə avtomobil nəqliyyatı ilə yükdaşımaların kəskin artımı müşahidə olunur, bu da “Yaraq-Kazmalyar” keçid məntəqəsinə yüklənməni mühüm dərəcədə artırıb”. “Bununla əlaqədar Taqirkent-Kazmalyar kəndini ötüb keçməklə yolun bir hissəsi istifadəyə verilməklə “Taqirkent-Kazmalyar” keçid məntəqəsindən yük avtomobillərinin hərəkəti, o cümlədən “Novo-Filya” keçid məntəqəsindən boş nəqliyyat vasitələrin hərəkəti operativ şəkildə təşkil olunub”, - məlumatda deyilir.
“Yaraq-Kazmalyar” çoxtərəfli avtomobil keçid məntəqəsində 2020-ci ilin iyul ayından etibarən fəaliyyəti dayanamadan yenidənqurma işləri aparılır. Keçid məntəqəsinin yenidənqurulmasının məqsədi ötürülmə qabiliyyətinin artırılması, nəzarət prosedurları müddətinin azaldılması, sərhədi keçdən sərnişinlər üçün rahat şəraitin yaradılmasıdır. Pncə məlumat verilib ki, keçid məntəqəsinin yenidənqurulması nəticəsində gündəlik ötürülmə qabiliyyəti 730 minik avtomobili, 630 yük nəqliyyat vasitəsi, 40 avtobus və 4000 fiziki şəxs təşkil edəcək. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət