Rusiyanın Primorsk diyarı qubernatorunun birinci müavini Vera Şerbina Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayevlə işgüzar görüş keçirib.
“İnterfaks-Azərbaycan” agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, tərəflər ölkələr arasında ticarət dövriyyəsinin artırılması və bütövlükdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanlarını, habelə turizm sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Şerbina qeyd edib ki, ötən il Primorsk diyarı ilə Azərbaycan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə - $524 mindən $1,5 milyona qədər artıb. Bununla yanaşı, Primorsk diyarından Azərbaycana ixrac beş dəfə, Azərbaycandan diyara ixrac isə iki dəfə artıb.
Onun sözlərinə görə, Primorsk diyarı Azərbaycana qiymətli metallar təklif edə bilər. “Ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Primorsk diyarından xammal resurslarının (filiz, əlvan və qiymətli metal konsentratları - qurğuşun, sink, mis, volfram, gümüş, qızıl) idxal imkanlarını nəzərdən keçirməyi təklif edirik. Balıq və balıq məhsullarına diqqət yetirməyə dəyər. Vəhşi qızılbalıq çox keyfiyyətli və tələbatın olduğu məhsuldur, onu ölkəmizin qərbində və Asiya-Sakit okean regionu ölkələrində fəal şəkildə alırlar”, - deyə qubernatorun birinci müavini vurğulayıb.
Bundan başqa, Şerbina gələcəkdə Primorsk diyarından gəmi və uçuş aparatlarının, o cümlədən çoxfunksiyalı helikopterlərin idxal imkanlarını da qeyd edib.
O xatırladıb ki, sentyabrın 5-8-də Vladivostokda Şərq İqtisadi Forumu keçiriləcək. Forumda Azərbaycan biznesi ilə qarşılıqlı fəaliyyət imkanlarını müzakirə etmək mümkün olacaq.
“Sentyabr ayında bizdə Şərq İqtisadi Forumu keçiriləcək. Biz bu tədbirə fəal şəkildə hazırlaşırıq. Bir çoxları iştirakını təsdiqləyib. Turizm mövzusu çox aktualdır, bu sahəni müzakirə etməyi planlaşdırırıq. Güzəştli rejimlər mövcuddur, Vladivostok azad limanı fəaliyyət göstərir. Əgər Azərbaycan biznesinə maraqlıdırsa, hər zaman görüşüb müzakirələr apara bilərik. Biz birgə layihələrin həyata keçirilməsində bütün lazımi köməkliyi göstərməyə hazırıq”, – deyə o vurğulayıb.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət