Bakcell abunəçiləri eSIM əldə etmək üçün artıq onlayn qaydada müraciət edə biləcəklər. Bir müddət əvvəl Azərbaycanda ilk dəfə olaraq eSIM texnologiyasını tətbiq edən Bakcell bununla bağlı daha bir yenilik edib.
Mobil nömrəsi hazırda aktiv olan abunəçi esim.bakcell.com səhifəsinə daxil olub istifadəsindəki mövcud Bakcell nömrəsini, əldə etmək istədiyi yeni mobil nömrəni (eSIM), ad və soyadını, şəxsiyyət vəsiqəsinin nömrəsini və müvafiq FİN kodunu qeyd etməlidir. Bu zaman ekranda əks olunan xüsusi QR kodu skan etməklə yeni eSIM virtual nömrəni əldə etmək mümkündür.
Smartfonun eSIM texnologiyasını dəstəkləməsini yoxlamaq və xidmət barədə daha ətraflı məlumat almaq üçün esim.bakcell.com səhifəsinə keçmək lazımdır.
Azərbaycanda ilk dəfə olaraq Bakcell tərəfindən istifadəyə verilmiş eSIM sayəsində plastik SIM karta ehtiyac qalmır. Yeni nəsil SIM texnologiyası olan eSIM Bakcell abunəçilərinə mobil şəbəkəyə qoşulmaq və rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır. eSIM vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət