2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,2 milyard təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 30,9% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pambıq mahlıcı ($123,7 milyon, artım 13,97%), pomidor ($91 milyon, artım 4,6%), karbamid ($84,1 milyon, artım 38 dəfə), qızıl ($62,9 milyon, azalma 28%), metanol ($60 milyon, artım 18,2 dəfə), meşə fındığı ($52,3 milyon, artım 38,3%), ilkin formalı polipropilen ($40,5 milyon, azalma 8,4%), elektrik enerjisi ($35,1 milyon, artım 15,8%) və sıxlığı 0,94-dən az olan ilkin formalı polietilenin ($35 milyon, azalma 13,4%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Türkiyə ($390,2 milyon, artım 53%), Rusiya ($263,4 milyon, azalma 5,8%), Gürcüstan ($74,7 milyon, artım 8,1%), İsveçrə ($66,4 milyon, azalma 27,1%) və ABŞ ($44,5 milyon, artım 50,8%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 32,5%-i Türkiyənin, 22%-i RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət