“Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2022-ci ilin I rübündə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu magistralı ilə 94,682 min ton yük daşıyıb ki, bu da 2021-ci ilin yanvar-mart aylarının göstəricisindən 2,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ADY-dən məlumat verilib.
“2020-ci ilin I rübü ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə BTQ ilə yükdaşımaların həcmi 52,5% artıb”, - deyə məlumatda bildirilir.
ADY tərəfindən 2021-ci ildə BTQ vasitəsilə 476,885 min ton yük (2020-ci ilin göstəricisi ilə müqayisədə 2,1 dəfə çox) daşınıb.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci il oktyabr ayının 30-da istismara verilib. Layihə çərçivəsində 68 kilometri Türkiyə və 30 kilometri Gürcüstanda olmaqla Qars və Axalkalaki arasında 98 km uzunluğunda dəmir yolu xətti çəkilib, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsi yenidən qurulub. Magistralın Gürcüstan hissəsindəki işlər bu ölkəyə ümumilikdə $775 milyon məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
BTQ-nin ümumi uzunluğu 826 kilometrdir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət