Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etməkdə maraqlıdır. Bunu Qazaxıstan baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Baxıt Sultanov deyib.
“Çoxəsrlik dostluq əlaqələri və konstruktiv siyasi dialoqla bağlı olduğumuz Azərbaycan hər zaman Qazaxıstanın etibarlı tərəfdaşı olub və belə də qalır. Bu il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu illər ərzində siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə səmərəli dialoq qurulub. Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir infrastrukturun və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən bərpa-yenidənqurma işlərində iştirak etməkdə maraqlıyıq”, - deyə o, bu gün Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclasında çıxışı zamanı bildirib.
Öz növbəsində, Azərbaycanın energetika naziri Pərviz Şahbazov qeyd edib ki, razılaşdırma mərhələsində olan “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi kontekstində böyük əhəmiyyətə malikdir və dialoqumuzun inkişafı üçün yol xəritəsi olacaq.
“İki ölkə arasında ticarət əlaqələri dinamik inkişaf edir. Cari ilin ilk dörd ayında ticarət dövriyyəmiz ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfədən çox artaraq 215 milyon dollar təşkil edib. Bununla belə, düşünürük ki, ticarət əməkdaşlığının bütün sahələrində əməliyyatların həcminin bundan sonra da artırılması üçün böyük potensial var. Bu istiqamətdə qarşılıqlı ticarət-iqtisadi missiyalar, eləcə də özəl sektor təmsilçiləri ilə ölkələrimizin Bakı və Nur-Sultandakı ticarət evləri arasında əməkdaşlıq mühüm rol oynayır”, - deyə o bildirib.
Nazir qazaxıstanlı investorları Ələt Azad İqtisadi Zonasında mövcud olan unikal investisiya imkanlarından və əlverişli biznes şəraitindən yararlanmağa dəvət edib.
“Qazaxıstan tərəfinin ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması layihələrində iştirakda marağını alqışlayırıq. Ölkələrimizin tranzit potensialının artırılması üçün birgə səylərin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Transxəzər Şərq-Qərb Orta Dəhlizinin inkişafı, regionda yeni tranzit və nəqliyyat imkanları, eyni zamanda, Orta Dəhlizin perspektiv tərkib hissəsi kimi Zəngəzur dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırıq”, - deyə P.Şahbazov əlavə edib.
“İnterfaks-Azərbaycan” agentliyi Energetika Nazirliyinə istinadən xəbər verir ki, Komissiyanın iclasında iqtisadiyyat, enerji, nəqliyyat və logistika, kosmik və informasiya texnologiyaları, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, məşğulluq və sosial müdafiə, mədəniyyət, idman və gənclər siyasəti, səhiyyə, təhsil, innovasiya və rəqəmsal həllər kimi ümumilikdə 12 məsələ ətrafında müzakirələr aparılıb.
İclasın sonunda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 19-cu iclasının növbəti il Bakıda keçirilməsi razılaşdırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət