Britaniyanın “Anglo Asian Mining” şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) Azərbaycanda 3 yeni filiz sahəsinin inkişaf strategiyasını hazırlayacaq.
Milli Məclis iyulun 5-də Azərbaycandakı filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü (PSA) haqqında mövcud sazişə dəyişiklikləri ratifikasiya edib. Dəyişikliklərə “Anglo Asian Mining”in 2021-ci ilin sentyabr ayında Azərbaycan hökuməti ilə imzaladığı və şirkətə ümumi sahəsi 882 kv. km olan üç yeni sahəni işləmək hüququ verən əsas müddəalar haqqında sənəd və AAM-ın Kəlbəcər rayonunda yerləşən “Söyüdlü” müqavilə sahəsinin işlənməsi ilə bağlı hüquqlarından imtina etməsi daxildir”, - deyə şirkətin məlumatında bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyi şirkətə istinadən xəbər verir ki, bu sənədin ratifikasiya edilməsi ilə AAM yaxın vaxtlarda yeni aktivlər haqqında bütün geoloji məlumatları əldə etməyə ümid edir.
“Bundan sonra AAM yeni müqavilə ərazilərinin inkişaf imkanlarının və mövcud geoloji məlumatların dərhal ətraflı təhlilinə başlayacaq. Təhlil başa çatdıqdan sonra şirkət yeni müqavilə sahələrinin inkişaf strategiyasını elan edəcək”, - deyə məlumatda qeyd olunur.
“Anglo Asian Mining” xatırladır ki, parlamentdə PSA tipli müqaviləyə düzəlişlər ratifikasiya edildikdən sonra AAM-ın sərəncamında ümumi sahəsi 2 min 544 kv. km olan 8 müqavilə sahəsi var.
Şirkətin baş icraçı direktoru Reza Vəziri bildirib ki, bu yeni müqavilə sahələri “Anglo Asian”ın orta səviyyəli dağ-mədən şirkəti olmaq hədəfinə çatmaq üçün yol açır.
Şirkətin sərəncamına keçmiş 3 yeni müqavilə sahəsindən ikisi “Qaradağ” porfir yatağı və ona bitişik “Xarxar” mis yatağıdır. Ümumi sahəsi 808 kv. km olan iki sahə mövcud “Gədəbəy” və “Qoşa” müqavilə sahələri (Daşkəsən rayonunda – İF) ilə həmsərhəddir.
Ümumi sahəsi 808 kv. km olan iki yeni sahə “Gədəbəy” və “Qoşa” müqavilə sahələri (Daşkəsən rayonunda – İF) ilə həmsərhəddir. Bura irimiqyaslı “Qaradağ” porfir yatağı və ona bitişik “Xarxar” mis yatağı daxildir.
Sovet dövrünə aid qiymətləndirmələrə əsasən, “Qaradağ” porfir yatağının mis ehtiyatları 318,7 min ton (cari qiymətlərlə $3 milyarddan çox), 1 ton filizdə misin miqdarı 0,64% təşkil edir. Şirkət hasilatı açıq üsulla həyata keçirməyi planlaşdırır.
İlkin məlumatlara görə, “Xarxar” yatağı əhəmiyyətli potensial nümayiş etdirib, şirkət ehtiyatların geoloji qiymətləndirilməsini həyata keçirməyi planlaşdırır.
Üçüncü müqavilə sahəsi olan “Dəmirli” Qarabağ iqtisadi rayonunda Qızılbulaq müqavilə sahəsinə (Tərtər rayonunda - İF) bitişikdir ki, bu da işlənmə zonasını şimal-şərqə doğru genişləndirməyə imkan verəcək. Bu müqavilə sahəsinə “Dəmirli” mis-molibden yatağı daxildir. 2016-cı ilin yanvar ayına olan təsdiqlənməmiş məlumatlara görə, yataqda təxminən 275 min ton mis və 3,2 min ton molibden ehtiyatı var. “Yeni müqavilə sahəsində artıq inşa edilmiş “Dəmirli” dağ-mədən kompleksi mövcuddur, buna görə bu müqavilə ərazisində əməliyyatların inkişafı sürətləndirilmiş qaydada baş verəcək”, - deyə məlumatda bildirilir.
Hazırda “Anglo Asian Mining” qiymətli metal hasilatını “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən həyata keçirir.
PSA tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. Şirkət 2013-cü ilin sentyabrında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.*
N.Abbasova
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət