2021-ci ildə SOCAR Türkiyədəki əməliyyatlardan 17 milyard 567 milyon manat gəlir əldə edib ki, bu da 2020-ci ilin göstəricisindən 2,3 dəfə çoxdur.
Şirkətin 2021-ci il üzrə birləşdirilmiş maliyyə hesabatına əsasən, SOCAR-ın ötən il ərzində bütün gəlirlərinin 22,7%-i Türkiyədəki əməliyyatların payına düşüb.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, şirkət 2021-ci ildə gəlirinin böyük hissəsini İsveçrədəki fəaliyyətindən əldə edib. Bu məbləğ 44 milyard 625 milyon manat və ya şirkətin ümumi gəlirlərinin 57,6%-ni (artım 46,4%) təşkil edib.
2021-ci ildə SOCAR Azərbaycandakı əməliyyatlardan 7 milyard 804 milyon manat (artım 23,7%), BƏƏ-dəki əməliyyatlardan 2 milyard 937 milyon manat (artım 32,1%), Gürcüstandakı əməliyyatlardan 1 milyard 240 milyon manat (artım 18,7%), digər ölkələrdəki əməliyyatlardan isə 3 milyard 358 milyon manat (artım 1,7 dəfə) gəlir əldə edib.
2021-ci ildə SOCAR-ın gəlirləri 77 milyard 531 milyon manat (artım 56,3%) təşkil edib.
Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. Türkiyədə STAR neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyası inşa etmiş şirkət daxili bazara qaz və neft məhsulları da tədarük edir.
SOCAR İsveçrədə SOCAR brendi altnda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmaqla neft məhsullarının pərakəndə satışı sahəsində fəaliyyət göstərir.
SOCAR-ın “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmlərini əldə etməsinə dair saziş 2011-ci il noyabrın 16-da Sürixdə imzalanıb. “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmləri SOCAR-a $330 milyona başa gəlib.
Bundan başqa, “SOCAR Trading” ticarət şirkətinin mənzil-qərargahı Sürixdə yerləşir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət