Gənclərin inkişafına, istedadların yetişdirilməsinə böyük önəm verən Yelo Bank mütəmadi olaraq müxtəlif təlim və fərdi inkişaf layihələri təşkil edir. Bank bu yay “Yelo Summer Challenge” adlı ənənəvi təlim proqramını yenidən başladı. İyul ayından etibarən start götürən proqramda 900-dən çox müraciət arasından istedadlı 30 gənc seçilib. İştirakçılar maliyyə, insan kapitalı, hüquq, pərakəndə bankçılıq, İT, marketinq və digər departamentlərdə Yelo komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlar əldə edəcəklər.
Yelo Bankın Baş ofisində proqramın açılış mərasimi üçün bank kollektivi və iştirakçılar bir araya gəldi. Tədbirdə bank nümayəndələri iştirakçıları salamlayaraq Yelo dəyərləri, məhsulları, buradakı peşəkar inkişaf imkanları, Agile metodologiyası haqqında məlumat verib, öz təcrübələrini bölüşdülər.
Qeyd edək ki, ödənişsiz həyata keçirilən “Yelo Summer Challenge” proqramı karyerasını bank sahəsində qurmaq istəyən 3-cü və 4-cü kurs tələbələri üçündür. 31 avqustadək davam edəcək proqramda fəallığı ilə seçilən iştirakçılar Yelo Bankda işlə təmin olunacaqlar. Bank gələcəkdə də gənclərlə bağlı müxtəlif tədbirləri həyat keçirməyi planlaşdırır.
Bank xidmətləri, o cümlədən, pul krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət