Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2022-ci ilin birinci yarımilliyinin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank özünün inkişaf tempini daha da sürətləndirmiş və dinamik inkişafını davam etdirərək, ölkənin bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirmişdir.
“1 iyul 2022-ci il tarixinə bankın aktivləri 1,378 milyard manat çatmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank dayanıqlı inkişaf üçün kifayət qədər yüksək məbləğdə kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 14% artaraq 106,7 milyon manat olmuş və minimum məcmu kapital normasını təqribən 2 dəfə üstələmişdir.
“2021-ci ilin birinci yarımilliyi ilə müqayisədə Bankın xalis faiz mənfəəti 58% artaraq 38,78 milyon manata, xalis əməliyyat mənfəəti 3 dəfə artaraq 14,5 milyon manata, xalis mənfəəti isə 12,5 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 66% çoxdur.
Hesabata əsasən, Bankın kredit portfelinin 70%-i Bank üçün prioritet sahə olan real sektordan olan müştərilərin maliyyələşdirilməsinə yönəlmiş biznes kreditləri təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlığın kreditləşdirilməsinə yönəldilmiş kredit portfeli 48% artmışdır. Diqqət çəkən müsbət məqamlardan biri də odur ki, keçən ilin sonu ilə müqayisədə qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki payı da azalaraq 0,77% təşkil etmişdir.
Bankın depozit portfeli 822,3 mln.manat təşkil etmişdir, bu isə ölkə bankları arasında depozit portfelinin həcminə görə ən böyük göstəricilərdən biridir. Bu öz növbəsində böyük sayda müştərilərin Bank Respublikaya tam olaraq etibar etdiyini bir daha təsdiq edir.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutu - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody`s) malikdir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət