Rusiya Xəzəryanı dövlətlər – Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran ilə iqtisadi, hərbi və mədəni əlaqələri dərinləşdirmək niyyətindədir. Bu məqam, “İnterfaks-Azərbaycan” agentliyinin tanış olduğu RF-nin Dəniz doktrinasında öz əksini tapıb.
Bazar günü Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə təsdiq olunmuş sənədə əsasən, Rusiyanın Xəzər regionu istiqamətində milli dəniz siyasətinin prioritetlərindən biri “Xəzər regionunda RF-nin iqtisadi və geosiyasi vəziyyətinin möhkəmlənməsi, bu regionun dövlətləri ilə iqtisadi, hərbi və mədəni əlaqələrin dərinləməsi” və “Xəzər regionu dövlətlərinin hərbi dəniz qüvvələri ilə beynəlxalq əməkdaşlığın inkişafıdır”.
Doktrinaya əsasən, Rusiya Xəzər donanması gücü (qoşunları) və baza sistemini inkişaf etdirəcək, onların kəmiyyət və keyfiyyət parametrlərini artıracaq.
Sənəddə Xəzər regionu “Xəzər dənizinin 12 avqust 2018-ci il hüquqi statusuna dair Konvensiya ilə müəyyən edilmiş, Rusiya Federasiyasının hüquq və öhdəlikləri nəzərə alınmaqla, inkişafına kompleks yanaşma tələb edən əhəmiyyətli həcmdə və unikal keyfiyyətdə mineral və bioloji ehtiyatlara” malik olan region kimi qeyd edilib.
Həmçinin, Xəzər dənizinin Rusiya sektorunda müasir neft-qaz hasilatı kompleksinin və ekoloji təhlükəsizlik tələbləri nəzərə alınmaqla onunla əlaqəli sahil nəqliyyat infrastrukturunun formalaşdırılması Xəzər istiqamətində prioritetlərə daxildir.
Bundan əlavə, söhbət “Xəzər dənizinin Rusiya sektorundakı yataqların sonradan sualtı boru kəmərləri sisteminə daxil edilməklə” geoloji kəşfiyyat və kəşfiyyat işlərinin həyata keçirilməsinə Rusiya şirkətlərinin cəlb edilməsindən gedir.
Doktrinaya uyğun olaraq, Rusiya “dəniz nəqliyyatı ilə daxili və xarici bazarlara malların və xidmətlərin çatdırılması istiqamətlərinin şaxələndirilməsi, həcmlərinin və üsullarının genişləndirilməsi vasitəsilə ixrac və idxal yüklərinin dənizlə daşınmasını artırmaqla Xəzər regionunun sosial-iqtisadi inkişafını daha da artırmaq məqsədilə” Rusiya dəniz limanlarının, dəmir yolu və avtomobil yollarının ötürmə imkanlarını modernləşdirmək və artırmaq niyyətindədir.
Rusiya Federasiyasının Xəzər istiqamətində milli dəniz siyasətinin prioritetləri arasında su bioloji ehtiyatlarının, ilk növbədə nərə balığı ailəsinin balıqlarının mühafizəsi və çoxaldılması üzrə tədbirlərin səmərəliliyinin artırılması, balıqçılığın inteqrasiya olunmuş formalarının inkişafı daxildir.
Sənəddə “sahilyanı ərazilərin, sahil zonalarının və qazma platformalarının əhalisi üçün təhlükə yaradan, sualtı potensial təhlükəli obyektlərin və sualtı boru kəmərlərinin vəziyyətinin, aktiv antropogen təsir şəraitində Xəzər dənizinin ekosistemində vəziyyətin və dəyişikliklərin monitorinqi, təhlükəli hidrometeoroloji, hidrofiziki və seysmoloji hadisələrin proqnozlaşdırılması” daxil olmaqla hərtərəfli elmi tədqiqatların aparılması nəzərdə tutulur.
Rusiya Xəzər regionu dövlətləri ilə hidrometeorologiya və Xəzər dənizinin dəniz mühitinin monitorinqi sahəsində əməkdaşlığı inkişaf etdirmək, sahilyanı ərazilərin əhalisinin həyatının ekoloji təhlükəsizliyini təmin etmək niyyətindədir.
Bundan əlavə, söhbət Volqa-Xəzər dənizi balıqçılıq hövzəsinin ekosistemlərinə mənfi antropogen təsirin artmasının qarşısını almaq və perspektivdə bu təsiri əhəmiyyətli dərəcədə azaltmaq niyyətindən gedir.
Həmçinin, Xəzər dənizində kruiz marşrutlarının təşkili məqsədilə turizm sahəsində transsərhəd əməkdaşlığın təşkili də prioritetlər sırasındadır. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət