Ermənilərin Laçın və Xocalıda törətdikləri yanğınlarla bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bir sıra media və sosial şəbəkə səhifələrində Azərbaycanın Laçın, Xocalı və digər rayonlarında ekoloji mühiti çirkləndirməklə ekosistemə zərər vurmaq məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşayış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb.
“Yayımlanan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən dərhal araşdırmalara başlanaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib”, - deyə məlumatda bildirilir.
İlkin araşdırmalarla həmin yanğın hadisələrinin Azərbaycanın Laçın, Xocalı rayonlarının ərazisində törədilməsi və qısa müddətdə yanğınların lokallaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısının alınması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı İstintaq idarəsində Cinayət Məcəlləsinin 282.1 (təxribat) və 186.2.2-ci (yandırmaqla və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin icrası davam etdirilir.
“Azərbaycanın ərazilərində “Canlı təbiətin və təbii mühitin qorunması haqqında” 1979-cu il tarixli Avropa konvensiyanın tələblərini kobud şəkildə pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə təbii sərvət hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ekoloji terrorçuluq törədənlərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində qanunamüvafiq bütün tədbirlər görüləcək”, - deyə məlumatda vurğulanır.*
E.Şəfiyev
Milli Məclis Ağdərə rayonunun yaradılmasına razılıq verib
Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması üçün AAYDA-ya 6 milyon manat ayrılır
Azərbaycan 2030-cu ilədək 8 QVt-dan çox “yaşıl enerji” layihələri reallaşdırmağı planlaşdırır
Azərbaycan bankları bu gün valyuta hərracında $95 milyon cəlb edib
Baş nazir: “Azərbaycanın strateji valyuta ehtiyatları $68 milyardı ötüb”
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
İsrail “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
NATO: Türkiyə ilk dəfə olaraq hava məkanının patrul xidməti üçün Rumıniyaya bir qrup qırıcı göndərib
ABŞ İsrailin Qəzza zolağının cənubunda daha diqqətli hərbi əməliyyatlar aparacağına ümid edir
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası
Yelo Bank-dan ev təmiri üçün sərfəli kredit
AccessBank HPE Server avadanlığı və sistemləri üçün komponentlərin təchizatına dair tender elan edir
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək