Britaniyanın “Anglo-Asian Mining” şirkəti (AAM) “AzerGold” QSC-dən “Qaradağ” və “Xarxar” müqavilə sahələri üzrə kəşfiyyat, tədqiqat və hesabat məlumatlarını əldə edib.
“Məlumatlar şirkətə “Qaradağ” və “Xarxar” sahələrinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü (PSA) haqqında yeni sazişin bu yaxınlarda Milli Məclisdə ratifikasiyasından sonra təqdim edilib. Bu aktivlərin əvvəlki sahibi “AzerGold” olub. Əldə edilən məlumatlara geokimyəvi və geofiziki məlumatlar, o cümlədən xəritələr və məlumatların interpretasiyasına dair hesabatlar daxildir. “Anglo-Asian Mining” “Qaradağ” sahəsi üzrə məlumatlar üçün $3,3 milyon, “Xarxar” sahəsi üzrə məlumatlar üçün isə $0,7 milyon ödəyəcək”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi AAM-in materiallarına istinadən bildirir.
Bu məbləğin 25%-i və ya $1 milyonu dərhal, qalan 75%-i və ya $3 milyonu isə üç ildən sonra və yaxud daha tez ödəniləcək. Məlumatların alınması xərcləri müqavilə sahələri üzrə əməliyyat və əsaslı xərclərə daxil ediləcək.
“AzerGold” vaxtilə sözügedən müqavilə sahələrində əhəmiyyətli özək qazma işləri və məlumatların interpretasiyasını həyata keçirib. “Qaradağ”da aparılan ekoloji və sosial-iqtisadi qiymətləndirmə də materiala daxil edilib”, - deyə məlumatda bildirilir.
Şirkət qeyd edir ki, yeni yataqların işlənməsinə ən yaxşı yanaşmanı qiymətləndirmək üçün bütün mövcud məlumatlar hərtərəfli təhlil ediləcək. Həmçinin “Qaradağ” üzrə məlumatların yoxlanılması üçün təsdiqləyici qazma proqramının həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, “Xarxar” yatağında ilkin kəşfiyyat işlərinə başlanılıb. Bu yataqda özək qazma proqramı da həyata keçiriləcək”, - deyə məlumatda qeyd olunur.
““AzerGold” ilə bu məlumatların əldə edilməsi ilə bağlı razılıq əldə etdiyimiz üçün şadıq. Biz tezliklə “Qaradağ” və “Xarxar” yataqlarının hərtərəfli geoloji analizinə başlayacağıq. Bu, komandamıza bu aktivlərin inkişafına ən yaxşı yanaşmanı formalaşdırmağa imkan verəcək”, - deyə şirkətin baş direktoru Reza Vəziri vurğulayıb.
Milli Məclis 2022-ci il iyulun 5-də Azərbaycandakı filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında mövcud sazişə dəyişiklikləri ratifikasiya edib. Dəyişikliklərə “Anglo Asian Mining”in 2021-ci ilin sentyabr ayında Azərbaycan hökuməti ilə imzaladığı və şirkətə ümumi sahəsi 882 kv. km olan üç yeni sahəni işləmək hüququ verən əsas müddəalar haqqında sənəd və AAM-ın Kəlbəcər rayonunda yerləşən “Söyüdlü” müqavilə sahəsinin işlənməsi ilə bağlı hüquqlarından imtina etməsi daxildir.
Parlamentdə PSA tipli müqaviləyə dəyişikliklər ratifikasiya edildikdən sonra AAM-in sərəncamında ümumi sahəsi 2 min 544 kv. km olan 8 müqavilə sahəsi var.
Şirkətin sərəncamına keçmiş 3 yeni müqavilə sahəsindən ikisi “Qaradağ” porfir yatağı və ona bitişik “Xarxar” mis yatağıdır. Ümumi sahəsi 808 kv. km olan iki sahə mövcud “Gədəbəy” və “Qoşa” müqavilə sahələri (Daşkəsən rayonunda – İF) ilə həmsərhəddir.
Sovet dövrünə aid qiymətləndirmələrə əsasən, “Qaradağ” porfir yatağının mis ehtiyatları 318,7 min ton (cari qiymətlərlə $3 milyarddan çox), 1 ton filizdə misin miqdarı 0,64% təşkil edir. Şirkət hasilatı açıq üsulla həyata keçirməyi planlaşdırır.
İlkin məlumatlara görə, “Xarxar” yatağı əhəmiyyətli potensial nümayiş etdirib, şirkət ehtiyatların geoloji qiymətləndirilməsini həyata keçirməyi planlaşdırır.
Hazırda “Anglo Asian Mining” qiymətli metal hasilatını “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən həyata keçirir.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. Şirkət 2013-cü ilin sentyabrında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət