“Nar” ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərən abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı. Modern.az İnfromasiya Agentliyinin media dəstəyi ilə baş tutan layihə çərçivəsində mükafatlandırma mərasimində ilin ən uğurlu abituriyenti adını qazanan 10 gəncə “Nar”-dan ən müasir smartfonlar, eləcə də 700 AZN dəyərində balans təqdim edildi.
Tədbirdə iştirak edən qonaqlar - Elm və Təhsil Nazirliyinin nümayəndələri, təhsil ictimaiyyəti üzvləri, media mənsubları abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazandılar. “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov gəncləri təbrik edərək onlara gələcək təhsil və karyeralarında müvəffəqiyyətlər arzuladı. “Bu yüksək göstərici böyük əzm və zəhmətinizin bəhrəsidir. Mən inanıram ki, həyatınızda hələ bir çox uğurlar sizi gözləyir və yeni-yeni nailiyyətləriniz ilə hamımızı sevindirəcəksiniz.”
- deyə Əziz Axundov sözlərinə əlavə etdi.
Xatırladaq ki, “Nar” Modern.az İnformasiya Agentliyinin media dəstəyi ilə 2017-ci ildən bu layihəni həyata keçirir. Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət