Azərbaycan və Qırğızıstan Bakı-Bişkek birbaşa aviareysi açmağı planlaşdırır, hazırda tərəflər bu istiqamətdə müzakirələr aparırlar.
“Birbaşa aviareysin açılması məsələsi avqustun 16-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında müzakirə olunub. İki ölkənin müvafiq qurumlarına bu məsələni müzakirə etmək və Azərbaycan və Qırğızıstanın təyin olunmuş aviaşirkətləri arasında müvafiq kommersiya müqaviləsi bağlamaq tapşırılıb”, - deyə hökumətdən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Bundan başqa, iclas çərçivəsində tərəflər səfirlik binalarının inşası üçün paritet əsasda torpaq sahələrinin ayrılması barədə razılığa gəliblər.
“Tərəflər, həmçinin ticarət münasibətlərinin inkişaf etdirilməsi məqsədilə Azərbaycanda Qırğızıstan Ticarət Evinin və Qırğızıstanda Azərbaycan Ticarət Evinin yaradılması məsələsini öyrənmək barədə razılığa gəliblər”, - deyə agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, Bakı və Bişkek Qırğızıstan tərəfinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində – Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və investisiya layihələrində iştirakı mümkünlüyünü nəzərdən keçirməyə hazır olduğunu bildirib.
“Bundan əlavə, Qırğızıstan tərəfi Azərbaycana İssık-Kul gölü sahilində mehmanxana tikintisi məsələsini nəzərdən keçirməyi təklif edib”, - deyə mənbə qeyd edib.*
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət