Şəki Şəhər İcra Hakimiyyəti və “Caspian Energy Club” un birgə təşkilatçılığı ilə Şəki şəhərində B2G Forum keçirilib. Forum çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Caspian Energy Club”u təmsil edən şirkət rəhbərləri və nümayəndələri ilə görüş keçirib.
Bu barədə “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
B2G Forumda iqtisadiyyatın fərqli sahələrini təmsil edən 50-dən çox sahibkar iştirak edib.
“Tədbirin avqustun 26-da keçirilməsi çox əlamətdar və xoşdur. Bu gün Azərbaycan xalqının maddi və mənəvi dəyərlərinin qorunub saxlanmasında, mədəniyyətinin, tarixinin, adət-ənənələrinin, musiqisinin, mətbəxinin dünya miqyasında tanınmasında xüsusi diqqət ilə yanaşan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəkinin tarixi abidələrinin qorunub saxlanmasında, o cümlədən Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmasında əvəzsis rolunu və böyük əməyini qeyd etməmək mümkünsüzdür”-, deyə Telman Əliyev tədbirin açılışında qeyd edib.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəsmi Twitter hesabından paylaşdığı “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.
Yaşasın Laçın!
Yaşasın Azərbaycan!” xoş xəbəri forum moderatoru olan Telman Əliyev səsləndirib. B2G Forum iştirakçıları xəbəri fəxr hissi və coşqu ilə qarşılayıb.
B2G Forum iştirakçılarını salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Şəki rayonunun kənd təsərrüfatı və turizm potensialından danışıb.
Elxan Usubov bildirib ki, Şəkidə iqtisadi inkişaf kənd təsərrüfatı və turizm olmaqla 2 prioritet istiqamətdə aparılır. O vurğulayıb ki, rayona özəl investisiya layihələrinin cəlb olunması bu sahələrin daha da inkişafına təkan verir.
Daha sonra Şəkinin iqtisadi göstəriciləri barədə təqdimatla çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev hər il rayonda 66-68 min hektar sahədə taxıl əkildiyini və orta hesabla 200 min ton taxıl istehsal olunduğunu, rayonun iqtisadi inkişafına təsir göstərən tütün istehsalına görə respublikada birinci yerdə qərarlaşdığını, 2022-ci ildə 1250 hektar ərazidə tütün əkildiyini, bol məhsul proqnozlaşdırıldığını, həmçinin üzümçülüyün, heyvandarlığın, arıçılığın və bağçılığın inkişafı istiqamətində mühüm işlər aparıldığını qeyd edib.
Telman Əliyev bildirib ki, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi Şəkidə də yerli və xarici investorlar üçün əlverişli biznes mühiti mövcuddur. “ Şəki rayonunda aqro turizm, ekoturizm, kənd turizmi və müxtəlif turizm sahələri inkişaf etmişdir. Bu gun iştirak edən sahibkarlar bu sahənin potensialın xüsusi ilə vurğulayır.”
“Caspian Energy Club”un Şəki-Zaqatala iqtisadi rayonu üzrə nümayyəndəliyinin rəhbəri eyni zamanda VITAM şirkətinin həmtəsisçisi və direktoru - Tehran Əliyev Şəki şəhəri rəsmilərini və forum iştirakçılarını “Caspian Energy Club”un gələcək regional fəaliyyəti və planları haqqında məlumatlandırdı. Tehran Əliyev bu cür forumların və ikitərəfli görüşlərin mütəmadi olacağını vurğulayıb və sahibkarlar arasında təcrübə və fikir mübadiləsinin daimi olması üçün “Şəki Sahibkarlar Klubu”nun yaradılmasını təklif edib. Təşəbbüs Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən dəstəkləndi və gələcəkdə lazimi tədbirlər görüləcəyi bildirildi.
Daha sonra Elxan Usubov B2G Forum iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Caspian Energy Club” ailəsinə UNESCO-nun yaradıcı şəhərlər siyahısına daxil edilmiş Şəki şəhərinin loqosu üzərində əks olunmuş medal hədiyyə edib.
“Caspian Energy Club” un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova minnətdarlığını bildirib və “Caspian Energy Club”un fəxri üzvü sertifikatın təqdim edib.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət